“Qızıl viza” kimlərə veriləcək?

1 May 2026 12:21

Qazaxıstanda yeni qərara əsasən, investorlar və İT mütəxəssisləri üçün "Qızıl viza" proqramı tətbiq ediləcək.

Milli.Az xəbər verir ki, bu statusu əldə edən əcnəbilər dövlət xidmətlərindən istifadə baxımından vətəndaşlarla eyni hüquqlara malik olacaq, eyni zamanda bəzi vergi və öhdəliklərdən azad ediləcəklər.

Yeni qaydalar çərçivəsində müraciət prosesi də sadələşdiriləcək. Belə ki, bütün ərizələrin vahid sistem üzərindən "bir pəncərə" prinsipi ilə qəbul olunması planlaşdırılır. Məqsəd ölkəyə xarici sərmayə və yüksək ixtisaslı mütəxəssislərin cəlbini artırmaqdır. 

Asya
Milli.Az