ABŞ Prezidenti Donald Tramp həyatına edilən sui-qəsd cəhdlərinə baxmayaraq bronjilet geyinmək istəmədiyini bildirib.
Milli.Az xəbər verir ki, Fox News telekanalına istinadən yayılan məlumata görə, Tramp bronjilet geyinərsə daha kök görünəcəyindən narahat olduğunu deyib.
O, jurnalistlərin sualını cavablandırarkən əlavə 9 kilo ağır görünməyə dözə bilməyəcəyini bildirib.
Məlumata görə, Trampa qarşı növbəti sui-qəsd cəhdi ötən həftəsonu baş verib. Aprelin 25-də Washington Hilton hotelində Ağ Ev müxbirləri assosiasiyasının qəbul mərasimi zamanı atəş açılıb. Tədbirdə olan prezident və administrasiya nümayəndələri təxliyə edilib, hücum edən şəxs isə saxlanılıb.
Ayxan
Milli.Az