Türkiyənin Ordu vilayətinin Aybastı rayonunda yerləşən bələdiyyə binasında qorxulu hadisə baş verib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hadisə zamanı şübhəli şəxs üzərində olan satırı çıxararaq əməkdaşa hücum edib. O, vəzifəli şəxsin başına iki dəfə zərbə endirib. Nəticədə ağır yaralanan əməkdaş xəstəxanaya yerləşdirilib.
Saldıran şəxs isə binada olan digər işçilər tərəfindən çətinliklə zərərsizləşdirilib və nəzarət altına alınıb. Hadisə anları təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Hüseyn
Milli.Az