Bayrağa hörmətsizlik edən şəxslə bağlı araşdırma başladı - VİDEO

1 May 2026 11:44

Bakıda bir gəncin Azərbaycan bayrağına qarşı hörmətsizlik etdiyinə dair görüntülər yayılıb.

Milli.az xəbər verir ki, görüntülərdən aydın olur ki, gəncin bayrağımıza qarşı aşağılayıcı rəftarı digər gəncin diqqətini çəkir və o, dərhal hörmətsizlik edən gənci bayrağımızı öpməyə məcbur edir.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. Həmin şəxs barəsində məsuliyyət tədbiri görüləcək.

Milli.Az