Alimlər narsisizmin yalnız xarakter xüsusiyyəti deyil, qismən genetik əsaslara da malik ola biləcəyini açıqlayıblar.
Almaniyanın Münster şəhərində yerləşən Vestfaliya Vilhelm Universiteti-nin psixoloqu Mitya Bak rəhbərliyində aparılan araşdırma bu mövzuda maraqlı nəticələr ortaya qoyub.
Milli.Az xəbər verir ki, tədqiqat zamanı eyni və müxtəlif yumurta əkizləri, eləcə də onların qohumları daxil olmaqla ümumilikdə 6 715 nəfərin məlumatları təhlil edilib.
Araşdırma nəticəsində məlum olub ki, genetik baxımdan demək olar eyni olan biryumurtalı əkizlər, müxtəlif yumurtalı əkizlərlə müqayisədə narsisizm səviyyəsinə görə daha çox oxşarlıq göstərir. Bu fakt narsisizmin müəyyən dərəcədə irsi xüsusiyyət daşıdığını göstərən əsas arqument kimi qiymətləndirilir.
Bununla yanaşı, alimlər qeyd edir ki, fərqlərin təxminən 50%-i fərdi həyat təcrübələri ilə bağlıdır. Yəni, insanın yaşadığı mühit, sosial əlaqələri və həyat hadisələri bu xüsusiyyətin formalaşmasında mühüm rol oynayır.
Maraqlı məqamlardan biri isə odur ki, narsisizmin valideynlərin həddindən artıq qayğısı və ya laqeydliyi nəticəsində yarandığına dair geniş yayılmış fikirlər bu araşdırmada öz təsdiqini tapmayıb.
Araşdırmaya görə, ailədənkənar amillər - sosial status, həmyaşıdlarla münasibətlər və peşəkar mühit - daha təsirli faktorlar hesab olunur.
Milli.Az