Səhər bu səhvi edənlər çoxdur - Acqarına nə içmək olar, nə olmaz?

2 May 2026 05:05

Bir çox insan səhər yuxudan duran kimi müxtəlif içkilər qəbul edir.

Milli.Az xəbər verir ki, məqsəd sağlamlıq qazandırmaq olsa da, yanlış seçimlər mədəni qıcıqlandıra, kortizol səviyyəsini artıra və gün boyu halsızlığa səbəb ola bilər.

Səhər acqarına nə içmək olar?

İlıq su

Orqanizmi oyadır
Bağırsaqları aktivləşdirir
Toksinlərin atılmasına kömək edir

Limonlu ilıq su

Həzmi stimullaşdırır
Qaraciyər fəaliyyətini dəstəkləyir

Bitki çayları (nanə, çobanyastığı)

Sinir sistemini sakitləşdirir
Mədəni yormur

Bal + ilıq su

Qan şəkərini tədricən yüksəldir
Yüngül enerji verir

Alma sirkəsi (su ilə qarışdırılaraq)

Həzmi aktivləşdirə bilər
İnsulin həssaslığını dəstəkləyə bilər

Səhər acqarına bunları içmək OLMAZ

Qəhvə

Aç qarına qəhvə içmək kortizol hormonu səviyyəsini artıra bilər.
Nəticə: əsəbilik, ürəkdöyünmə və gün ərzində enerji düşməsi.

Şəkərli içkilər

Qan şəkərini sürətlə artırır
Daha sonra kəskin düşüş yaradır
Halsızlıq hissi verir

Turş şirələr (məsələn, portağal suyu)

Mədə turşuluğunu artırır
Qıcıqlanma yarada bilər

Süd (bəziləri üçün)

Şişkinlik və həzm problemlərinə səbəb ola bilər

Bunlardan da uzaq durun

Səhər heç nə içməmək
Günə birbaşa qəhvə ilə başlamaq
Həddindən artıq turş içkilər seçmək

Milli.Az