İsrail İran raketləri və pilotsuz uçuş aparatlarından müdafiəyə kömək etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə müasir silah sistemləri, o cümlədən Iron Beam lazer kompleksini təcili şəkildə göndərib.
Milli.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail həmçinin 20 km məsafədən yaxınlaşan dronları, o cümlədən "Şahed" tipli PUA-ları aşkar edə bilən yüngülləşdirilmiş Spectro müşahidə sistemini də BƏƏ-yə təhvil verib. Sistemlərin istismarı üçün ölkəyə bir neçə onlarla israilli hərbçi də göndərilib.
Məlumata görə, lazer kompleksi və müşahidə sisteminin yerləşdirilməsi 2020-ci ildə imzalanmış Abraham Accords sazişlərindən sonra iki ölkə arasında ilk iri müdafiə əməkdaşlığı nümunələrindən biri hesab olunur.
Qeyd edilib ki, əməkdaşlığa səbəb İranın Tehrana qarşı ABŞ-İsrail birgə əməliyyatı zamanı BƏƏ ərazisini hədəfə alması olub. Ölkə ərazisinə 500-dən çox ballistik raket və 2 000 pilotsuz aparat buraxıldığı, onların böyük hissəsinin hava hücumundan müdafiə sistemləri, o cümlədən İsrail istehsalı vasitələrlə zərərsizləşdirildiyi bildirilib.
Ayxan
Milli.Az