Azərbaycanda da satılan suda üzən həmin lüks avtomobil - VİDEO

1 May 2026 10:34

Çin avtomobil sənayesinin lüks brendi BYD Yangwang U8 dünya avtomobil bazarında böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, tam elektrik və hibrid sistemə malik olan bu lüks SUV fövqəladə hallarda suyun üzərində hərəkət edə bilir.

"Emergency Floating Mode" adlanan xüsusi sistem aktivləşdikdə avtomobil batmır və müəyyən müddət ərzində suyun üzərində hərəkətini davam etdirir.

Məlumata görə, model suyun üzərində təxminən 30 dəqiqə qala bilir və aşağı sürətlə hərəkət etmək imkanı yaradır. Bu xüsusiyyət əsasən sel və fövqəladə vəziyyətlərdə sürücünün təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, BYD Yangwang U8 təkcə "üzmə rejimi" ilə deyil, həm də 4 elektrik mühərriki, yüksək gücü və 360 dərəcə yerində dönmə funksiyası ilə seçilir.

Avtomobil Azərbaycanda satışa çıxarılıb və qiyməti 200 min manatdan yuxarıdır.

Malik

Milli.Az