Əməkdar artist: "Bunu etsəm, ölərəm"

1 May 2026 10:15

Əməkdar artist Yusif Mustafayev maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi İncə səhər verilişində çıxışı zamanı sənətə və həyata baxışını bölüşüb.

O bildirib ki, insanı yaşadan əsas amil sevgidir və uzun illərdir səhnədə qalmasının səbəbi də məhz bu bağlılıqdır. Müğənni qeyd edib ki, artıq 50 ildir ifa edir və səhnədən uzaqlaşarsa, həyat enerjisinin azalacağını düşünür:

""İnsanı yaşadan sevgidir. Sevgin varsa, yaşayacaqsan. Artıq 50 ildir oxuyuram. Allah mənə ömür versin, mikrofonu yerə qoysam, çox yaşamaram".

Y.Mustafayev həmçinin bəzi şəxslərin "artıq oxuma, qoy gənclər gəlsin" fikirlərinə də münasibət bildirib. O vurğulayıb ki, heç kimin yolunu kəsmir və sənətdən uzaqlaşmaq niyyətində deyil. Sənətçi əlavə edib ki, ruhən özünü gənc hiss edir və fəaliyyətini davam etdirməkdə qərarlıdır.

Musa
Milli.Az