İngiltərə yığmasının sabiq futbolçusu Eşliq Yanq karyerasını başa vuracağını açıqlayıb.
Milli.Az xəbər verir ki, hazırda "Ipswich Town" (İpsviç Taun) klubunda çıxış edən 40 yaşlı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edərək mayın 2-də son oyununa çıxacağını bildirib.
Həmin qarşılaşmada "İpsviç Taun" Çempionşipin 46-cı turunda "Queens Park Rangers" (Kuinz Park Reyncers) ilə üz-üzə gələcək.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində "Inter Milan" (İnter), "Manchester United" (Mançester Yunayted), "Aston Villa" (Aston Villa), "Everton" (Everton) və "Watford" (Uotford) klublarının formasını geyinib.
Hüseyn
Milli.Az