İstanbulda 1 May Əmək və Həmrəylik Günü ilə əlaqədar geniş təhlükəsizlik tədbirləri tətbiq olunub.
Milli.Az Habertürk-ə istinadla xəbər verir ki, şəhərin mərkəzi nöqtələrindən olan Taksim Meydanı və bu əraziyə aparan bütün yollar səhər saatlarından etibarən bağlanıb.
Valiliyin açıqlamasında bildirilib ki, təhlükəsizliyə görə Beyoğlu, Şişli, Beşiktaş, Kadıköy və Kartal rayonlarında bir sıra küçə və prospektlərdə nəqliyyatın və piyadaların hərəkətinə məhdudiyyət qoyulub. Kadıköy Meydanı tamamilə avtomobil hərəkətinə bağlanıb, əraziyə əlavə polis qüvvələri və xüsusi texnika cəlb olunub.
Bundan başqa, şəhərdə ictimai nəqliyyatın fəaliyyəti də qismən dayandırılıb. Taksim, Şişhane və Osmanbey metro stansiyaları bağlanıb, Avropa və Anadolu yaxası arasında dəniz nəqliyyatına məhdudiyyətlər tətbiq edilib. Bəzi istiqamətlər üzrə bərə və dəniz marşrutları ləğv olunub.
Milli.Az