Məşhur aparıcılar Müge Anlı və Esra Erol ilə bağlı səsləndirilən "verilişləri bağlansın" tələbləri müzakirələrə səbəb olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələ ilə bağlı münasibət bildirən Gülben Ergen bu çağırışları dəstəkləmədiyini açıqlayıb.
Sənətçi vurğulayıb ki, hər iki aparıcı uzun illərdir televiziya sahəsində fəaliyyət göstərir və cəmiyyət üçün önəmli sosial problemləri gündəmə gətirir.
Onun fikrincə, bu tip proqramlar insanların səsinin eşidilməsinə və bir çox məsələlərin üzə çıxmasına imkan yaradır.
Musa
Milli.Az