Türkiyədə sərnişin avtobusu aşdı: Ölənlər və yaralananlar var - FOTO

1 May 2026 10:41

Balıkəsirdə Bandırma rayonunda sərnişin avtobusu aşıb.

Milli.Az xəbər verir ki, qəzada 3 nəfər ölüb, 31 nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir.

Qəza təxminən saat 03:30 radələrində Külefli qovşağında baş verib. Tekirdağdan İzmir istiqamətində hərəkət edən 35 PK 328 nömrə nişanlı sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Qəzadan sonra hadisə yerinə tibbi, yanğınsöndürmə və polis qrupları göndərilib. 

Qəzada Nezire Akova, Elif Kel və Kemal Can Sert həyatını itirib, 31 nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir. Yaralılar tibbi briqadalar tərəfindən ilkin tibbi yardım aldıqdan sonra təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıb. 

Fidan
Milli.Az