“Fənərbağça” dünya ulduzunu TRANSFER EDİR

1 May 2026 10:30

"Liverpul"un və Misir millisinin hücumçusu Məhəmməd Salah karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Türkiyənin "Fənərbağça" klubu oyunçu ilə müqavilə imzalamaqda maraqlıdır. Mənbənin məlumatına görə, İstanbul klubunun rəhbərliyi artıq oyunçunun agentləri ilə iki görüş keçirib.

Klubu danışıqlarda "Fənərbağça"nın idarə heyətinin üzvü Ertan Torunoğulları təmsil edib. Misirli komandanın müştərisi üçün ildə 20 milyon avro maaş istədiyi bildirilir. Tərəflər həmçinin üçüncü görüş barədə razılığa gəliblər, lakin bu görüş hələ baş tutmayıb.

Məhəmməd Salahın "Liverpul"la müqaviləsi 2027-ci ilin yayına qədərdir, lakin o, artıq mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlayıb.

Milli.Az