"Fənərbağça" klubunun kapitanı və yarımmüdafiəçisi Mert Hakan Yandaş barəsində sərt qərar verilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu mərc oyunlarında iştirak etdiyi səbəbilə Türkiyə Futbol Federasiyası nəzdində fəaliyyət göstərən Peşəkar Futbol İntizam Komitəsi tərəfindən 1 il müddətinə futboldan uzaqlaşdırılıb.
Məlumata görə, Yandaş 2025-ci ilin dekabrında danışılmış oyunlar və mərc qalmaqalı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılmışdı. 2026-cı ilin fevralında isə ona rəsmi ittiham irəli sürülüb və barəsində uzunmüddətli həbs ehtimalı gündəmə gəlib.
Daha sonra, aprel ayının əvvəlində futbolçu 4 aylıq həbsdən sonra azadlığa buraxılıb.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2020-ci ildən etibarən "Fənərbağça"nın formasını geyinir. O, bu müddət ərzində bütün turnirlərdə 149 oyuna çıxaraq 11 qol vurub və 25 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Hüseyn
Milli.Az