Şafak Sezerin son halı gündəm oldu: "Botoksun dozası qaçıb" - FOTO

1 May 2026 00:54

Məşhur türkiyəli komediya ustası Şafak Sezerin son görüntüləri sosial mediada böyük müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, "Kutsal Damacana", "Maskeli Beşler" və "Kolpaçino" kimi məşhur layihələrin müəllifi və aktyoru olan Şafak Sezer həm verdiyi çəkilər, həm də üz cizgilərindəki fərqliliklərlə yenidən diqqət mərkəzinə düşüb.

Sosial media istifadəçiləri aktyorun son görüntülərinə "botoksun dozası qaçıb" və "mimikaların yox olub" kimi şərhlər yazıblar.

Haqqında çıxan "yağ aldırdı" və "8 gündə 8 kilo verdi" iddialarına Şafak Sezer özünəməxsus zarafatla cavab verib:

Komediyaçı bu iddiaları, "Bizim evdə elə bir alət var, gedirəm 8 gündə 8 dəfə şişib gəlirəm" sözləri ilə qarşılayıb.

Şafak Sezer son olaraq "Ketenpere Dalavere" filmi ilə tamaşaçı qarşısına çıxıb.

Lalə Qüdrətova
Milli.Az