“Bu oyun mənim suyumu çıxardı”

1 May 2026 00:19

Bu gün Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi" - "Qarabağ" matçı keçirilib. Matç "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Yuri Vernidub oyun haqda fikirlərini bölüşüb:

"Neftçi" azarkeşlərini təbrik edirəm. Bizim üçün çox önəmli qələbə idi. Eyni zamanda bundan əvvəlki uduzduğumuz oyuna görə də onlardan üzr istəyirəm. "Neftçi" elə komandadır ki, eyni səviyyədə oynamalı, pressinq etməli idi. Necə oynadığını gördünüz və 1:5 uduzmuşduq. Bu oyundan nəticələr çıxardıq. Ona görə də bu gün pis oyun olmadı. Sizdən xahişim var ki, bu gün elə hisslər keçirirəm ki, olarsa, suallar verməyəsiniz. Fərqli hisslər keçirirəm. Qarşıda 4 oyun var, nə qədər istəsəniz, cavab verəcəyəm. Oyundan uzaqlaşmaq istəyirəm. Ümidvaram ki, anlayışla qarşılayarsınız. Bu, heç də hörmətsizlik deyil, hamısına böyük hörmətlə yanaşıram. Çox sevinirəm ki, gözəl suallar verirsiniz, mən də səmimi cavablayıram. Bu oyun məni o qədər emosional yordu, suyumu çıxardı, ona görə də bu dəfə olmasa yaxşı olar. Hamınıza böyük hörmətlə yanaşıram, inanın".

Milli.Az