Optik illüziyalı yollar dövrü başladı: Sürücülər bunu görən kimi dərhal tormoza basır

1 May 2026 08:41

Nəqliyyat təhlükəsizliyini artırmaq üçün hazırlanan yeni bir üsul alışılmış qaydaların xaricinə çıxır. Xüsusilə İslandiya, İspaniya, Hindistan və Çin kimi ölkələrdə sınaqdan keçirilən optik illüziyalı (göz oxşayan görüntülü) yol cizgiləri sürücü davranışlarını birbaşa dəyişdirməyi hədəfləyir.

Milli.Az xəbər verir ki, yola, sanki orada həqiqi bir maneə və ya süni kələ-kötürlük (kasis) varmış kimi görünən üçölçülü (3D) rəsmlər çəkilir.

Sürücü yaxınlaşdıqda bu cizgiləri real bir hündürlük kimi qəbul edir və refleks olaraq sürəti azaldır.

Əslində isə yol tamamilə düz qalır.

İzlandiyada çəkilən 3D piyada keçidləri sürücülərə "havada duran bloklar" kimi göründüyü üçün onları yavaşlatmağı bacarıb.

Səlahiyyətli şəxslər bu üsulun xüsusilə məktəb ətraflarında və yaşayış məntəqələrində daha təsirli olduğunu bildirirlər.

Adi "kasis"lər (süni maneələr) avtomobillərə zərər verə bildiyi halda, bu üsulda yalnız boyadan istifadə olunur. Beləliklə, həm xərclər azalır, həm də təcili yardım maşınları üçün fiziki bir maneə yaranmır.

Mütəxəssislərə görə, bu cür optik həllər sürücünün qavrayışına təsir etdiyi üçün olduqca effektivdir. Lakin bəzi müzakirələr də var: zamanla sürücülərin bu görüntüyə alışa biləcəyi və təsirinin azala biləcəyi ehtimal olunur. Yenə də ilk nəticələr göstərir ki, bəzən sürəti azaltmaq üçün fiziki maneəyə deyil, sadəcə düzgün çəkilmiş bir rəsmə ehtiyac duyulur.

Lalə Qüdrətova
Milli.Az