Braziliyada tullantıların idarə olunması sahəsində inqilabi bir addım atılaraq, yenidən emal edilə bilən tullantıları birbaşa pula çevirən ağıllı maşınlar istifadəyə verilib. Bu layihə həm ətraf mühiti qorumağı, həm də vətəndaşlara əlavə gəlir mənbəyi yaratmağı hədəfləyir.
Milli.Az sözügedən yeniliyin əsas detallarını təqdim edir:
Bu sistem Braziliyanın Ribeirão Preto şəhərində tətbiq olunmağa başlanıb.
Vətəndaşlar plastik, metal və oxşar geri çevrilə bilən tullantıları bu ağıllı maşınlara atırlar.
Tullantı müqabilində yaranan ödənişlər dərhal ölkədə geniş yayılan "Pix" sistemi vasitəsilə istifadəçilərin hesabına köçürülür.
7/24 istifadə imkanı - "Pix" infrastrukturuna görə istifadəçilər həftə sonu və ya bayram günlərindən asılı olmayaraq günün istənilən vaxtı ödənişlərini ala bilirlər.
Layihəni genişləndirmək məqsədilə sabit maşınlarla yanaşı, müxtəlif nöqtələrə daşına bilən mobil bölmələrin də dövriyyəyə alınması planlaşdırılır.
Bu tətbiq geri dönüşümün sadəcə ekoloji məsuliyyət deyil, həm də iqtisadi dəyər olduğunu nümayiş etdirən önəmli bir modeldir.
Lalə Qüdrətova
Milli.Az