Meyxana müsabiqəsində maraqlı anlar yaşanıb. Münsif kürsüsündə əyləşən tanınmış müğənni Əminə Şirin efirdə səsləndirdiyi sözlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, ona söz verən aparıcı Elcan Rəsulova müraciət edən sənətçi "Mənim yuxum gəlir, yatmaq istəyirəm, indi nə etməliyəm? De, edim..." deyə bildirib. Bu ifadə studiyada gülüşə səbəb olub və iştirakçılarla yanaşı tamaşaçıların da marağına səbəb olub.
Veriliş zamanı Əminə Şirinin makiyajsız görüntüsü də diqqətdən yayınmayıb. Sosial şəbəkələrdə yayılan kadrlar izləyicilər tərəfindən müzakirə olunub. Bir çox istifadəçi müğənninin təbii görünüşünü bəyəndiklərini qeyd edib və onun sadəliyini yüksək qiymətləndiriblər.
Sözügedən anlar qısa zamanda sosial platformalarda yayılaraq müzakirələrə yol açıb.
Musa
Milli.Az