"Danışıqlar var, gedir, çoxdur. Bəlkə də işimizin 60-70 faizini transfer tərəfə yönəltmişik.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turunda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib:
"Ona görə yox ki, futbolçulardan razı deyiləm, kimlərisə göndərəcəyik. Sadəcə daha da çox geniş heyətə ehtiyac var. Transferlər etməyə çalışacağıq. Bəlkə də 5-6, bilmirəm, nə qədər alınacaq. İstədiyimiz kimi olsa, işləmək asan olardı. Son anda da hansısa transfer alınmayıb. Dəyişikliklər olacaq. Amma bu, heyəti genişləndirmək və bu cür gərgin qrafikə hazır olmaq üçündür".
Təcrübəli mütəxəssis Elvin Cəfərquliyevlə bağlı suala isə belə cavab verib:
"Necə var, elədir. Gələn il üçün hazırlıq planını tam tutmamışam. Hələ bir neçə oyun var".
Milli.Az