“Allah belə qızın bəlasını versin, 3 aydır xəbərim yoxdur” - 14 yaşlı qızın anası - VİDEO

30 Aprel 2026 18:29

Xətai rayonunda baş verən faciəvi hadisədə zəhərlənən 2012-ci il təvəllüdlü T.B.-nin anası Kəmalə Ələkbərova açıqlama verib.

Milli.Az-ın RTV-yə istinadən məlumatına görə, o, qızından bir müddətdir xəbəri olmadığını bildirib.

10 övladı olduğunu deyən ana qızının tez-tez evdən qaçdığını qeyd edib.

"Evdən dəfələrlə qaçır, gedib gətirirəm. Bir dəfə də qaçmışdı, 5 gün onu gözlədim. Abşeron Polis İdarəsinə xəbər verdim, qızı tapdılar. İndi də 3-cü aya keçib ki, evdə yoxdur. Mən onu harada axtarım? Həmin oğlanı tanımıram, harada tanış olduqlarını bilmirəm. Kaş oğlan yox, o ölərdi. Haqq-ədalət var, dəm qazından zəhərlənib ölüb. Qızım məktəbə getmir, 14 yaşı var. Atası da var, gözdən əlildir. Allah belə qızın bəlasını versin", - o qeyd edib.

Xatırladaq ki, daha əvvəl dilənçiliklə məğul olan 14 yaşlı qız ötən il oğurluğa görə saxlanılmışdı. O, gözəlliyinə görə qısa zamanda "TikTok"da populyarlaşmışdı.

Daha ətraflı videomaterialda:

Milli.Az