Taylandlı məşhur bloqer Gunpirom Wisadsing sosial şəbəkələrdə tənqidlərin hədəfinə çevrilib.
Milli.Az xəbər verir ki, təxminən 2 milyona yaxın izləyicisi olan fenomenin paylaşımlarına yazılan bəzi rəylərdə onun həyat yoldaşına yaraşmadığı iddia edilib. Bu fikirlər geniş müzakirələrə səbəb olub.
Bildirilir ki, gələn tənqidlərdən sonra bloqer estetik əməliyyat etdirməyə qərar verib. Onun bu addımında həyat yoldaşının da dəstək göstərdiyi qeyd olunur.
Hadisə sosial mediada müxtəlif reaksiyalar doğurub. Bəziləri bloqerin qərarını anlayışla qarşılasa da, digərləri bu addımı tənqid edib.
Musa
Milli.Az