Verilişi bağlanan Xoşqədəm görün nə işlə məşğuldur - VİDEO

30 Aprel 2026 15:39

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bu dəfə idmanla bağlı paylaşımı ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, o, bağda keçirdiyi məşqdən görüntüləri izləyiciləri ilə bölüşüb. Kadrlarda jurnalistin şəxsi məşqçisi ilə birlikdə boks üzrə məşq etdiyi əks olunub.

Görüntülərdə onun xüsusi əlcəklərlə intensiv məşq etdiyi, zərbələr üzərində çalışdığı və fiziki formasını qoruduğu açıq şəkildə hiss olunur.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı tez-tez sağlam həyat tərzini təşviq edən paylaşımları ilə gündəmə gəlir. Bu dəfəki boks məşqi də sosial şəbəkələrdə maraqla qarşılanıb.

Musa
Milli.Az