Bakıda "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda konfrans keçirilir.
Milli.Az xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutur.
Tədbirdə dövlət və hökumət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, konfransın keçirilməsində məqsəd cəmiyyətin dayanıqlı inkişafında ailə institutunun möhkəmləndirilməsi, qadınların sosial-iqtisadi həyatda rolunun artırılması və uşaqların müdafiəsi sahəsində dövlət siyasətinin təkmilləşdirilməsinə töhfə verməkdir.
Xəbər yenilənəcək
Milli.Az