Donald Tramp Ağ Evdə etdiyi çıxış zamanı Vladimir Putinlə bağlı sülh prosesi barədə fikirlər səsləndirib. O bildirib ki, Putinin müəyyən mərhələdə sülh sazişinə açıq olduğu, lakin bəzi tərəflərin buna mane olduğu iddia edilir.
Milli.Az xəbər verir ki, Tramp həmçinin qismən atəşkəs ideyasını gündəmə gətirdiyini və Rusiya liderinin buna müsbət yanaşa biləcəyini düşündüyünü deyib. O, Ukrayna və İran münaqişələri barədə suallara cavab verərkən fərqli mövzularda qiymətləndirmələr aparıb və Ukraynadakı vəziyyətlə bağlı sərt fikirlər səsləndirib.
Eyni zamanda, Putinlə telefon danışığında İran və xüsusilə nüvə proqramı ilə bağlı əməkdaşlıq təklifinin müzakirə olunduğu da iddia edilib.
Asya
Milli.Az