Yasamalda xəstəxanada PARTLAYIŞ - Ölən və yaralanan VAR - YENİLƏNİB

30 Aprel 2026 15:51

Milli Onkologiya Mərkəzində otaqlardan birində partlayış baş verib.

Milli.Az xəbər verir ki, partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, həkim-radioloq Asif Nəsirli ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. 

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma aparılır.Bizim.Media

Milli.Az 

___________

Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.

Milli.Az xəbər verir ki, otaqların birində partlayış olması barədə məlumatlar yayılıb.

Məlumata görə, orada olan xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.

Hazırda faktla bağlı araşdırma aparılır./Qafqazinfo

Milli.Az