İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani rəsmi Tehranın Hörmüz boğazını Ərəb dənizi istiqamətindən bağladığını açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Komandan bildirib ki, qarşı tərəf daha yaxın məsafəyə irəliləyəcəyi təqdirdə operativ şəkildə hərbi tədbirlər görüləcək.
Məlumata görə, qəbul edilən qərarlar çərçivəsində strateji əhəmiyyət daşıyan Hörmüz boğazı düşmən və onlarla müttəfiq olan dövlətlərin dəniz nəqliyyatı üçün bağlanıb.
Ayxan
Milli.Az