Bu markanın ayaqqabılarını qətiyyən ALMAYIN - Təhlükəli maddə aşkarlandı

30 Aprel 2026 14:52

Türkiyədə aparılan yoxlamalar zamanı uşaq ayaqqabılarında təhlükəli maddə aşkar edilib.

Milli.Az xəbər verir ki, Ticarət Nazirliyinin açıqlamasına görə, aparılan yoxlama nəticəsində "De&Fa" markalı uşaq ayaqqabılarında qurğuşun səviyyəsinin normadan yüksək olduğu müəyyən olunub.

Yoxlamalar zamanı məhsulun kimyəvi təhlükəsizlik testlərindən keçə bilmədiyi bildirilib. Xüsusilə "qurğuşun aşkarlanması" ilə bağlı aparılan analizlərdə məhsulun qanuni tələblərə uyğun olmadığı ortaya çıxıb.

Qərara əsasən, sözügedən məhsulun satışı dərhal dayandırılıb və bazardan geri çağırılması barədə göstəriş verilib.

Məlumatda qeyd olunur ki, məhsul "De&Fa Terlik Ayakkabı Sanayi Ticaret Ltd. Şti." tərəfindən istehsal olunub və uşaqlar üçün nəzərdə tutulub. Model və seriya nömrəsi də açıqlanıb.

Nazirlik təhlükəli məhsulun istifadəsinin dayandırılması və mağazalardan yığılması üçün rəsmi qərar verib.

Fidan
Milli.Az