Ürək cərrahı Ceremi London şirin qazlı içkilərin sağlamlığa ciddi zərər vurduğunu bildirib.
Milli.Az xəbər verir ki, yüksək kalorili və şəkərli qazlı içkilər gündəlik qidalanmada böyük risk yaradır. Həkimin sözlərinə görə, insanlar çox vaxt bu içkilərlə nə qədər çox kalori qəbul etdiklərinin fərqinə varmırlar və bu da sağlamlıq üçün təhlükəli nəticələrə səbəb ola bilər.
Ceremi London həmçinin siqaretin də orqanizmə olduqca zərərli olduğunu vurğulayıb. Onun sözlərinə görə, siqaret çəkmək ağciyərləri ciddi şəkildə zədələyir, xərçəng riskini artırır və ürək-damar xəstəlikləri, infarkt və insult kimi problemlərə yol aça bilər. Həkim insanlara siqaretdən tamamilə imtina etməyi tövsiyə edib.
Asya
Milli.Az