“800 manatlıq köynək, 2500-lik idman dəsti BAHA DEYİL”

30 Aprel 2026 14:45

Əməkdar artist Vasif Məhərrəmli açıqlamaları ilə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Zarafat bir yana" proqramında qonaq olarkən futbola olan münasibətindən danışıb. O bildirib ki, heç vaxt pul riski etmir: qazandığı vəsaiti qumara xərcləməyi doğru hesab etmir və halal qazancına xələl gətirmədiyini vurğulayıb.

Müğənni bir müddət əvvəl müzakirələrə səbəb olan fikirlərinə də aydınlıq gətirib. O qeyd edib ki, söylədiyi "mazut iyi" ifadəsi konkret peşə sahiblərinə qarşı deyil, ümumilikdə təmizliyə diqqət yetirməyən insanlara yönəlib. Onun sözlərinə görə, insan hansı işlə məşğul olursa-olsun, səliqəli və təmiz olmalıdır.

Vasif Məhərrəmli eyni zamanda geyim zövqündən də söz açıb. O, son vaxtlar Etro markasına üstünlük verdiyini və bəyəndiyi geyimlərə yüksək məbləğdə pul xərcləməkdən çəkinmədiyini bildirib:

"Son vaxtlar "Etro" brendindən alış-veriş edirəm. Orada köynəklər 800-1300, idman dəstləri 2000-2500, kostyum 3 min manatdan yüksəkdir. Kostyumlar, idman dəstləri, köynəklər alıram. Bu yaxınlarda idman dəsti almışam. İstədiyindirsə, baha deyil o məbləği vermək".

Musa
Milli.Az