Psixiatriya Xəstəxanasında 38 yaşlı şəxs ÖLDÜ

30 Aprel 2026 13:00

Bakıda ixtisaslaşmış xəstəxanada meyit tapılıb.

Milli.Az xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasında qeydə alınıb.

Burada müalicə alan 38 yaşlı Yolçuyev Nahid Qoca oğlunun meyiti müəssisənin əməkdaşları tərəfindən aşkarlanıb.

Onun ölümü ilə bağlı prokurorluq araşdırma aparır./Qafqazinfo

Milli.Az