Rusiyada daha bir mədən ÇÖKDÜ - Uçqun altında qalanlar var

30 Aprel 2026 12:14

Rusiyanın Maqadan vilayətində kömür yatağında uçqun baş verib, dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, uçqun altında 8 nəfərin qaldığı güman olunur.

Hadisə yerinə yanğınsöndürənlər, dağ-xilasetmə qüvvələri və həkim briqadaları cəlb edilib.

Xatırladaq ki, dünən də Rusiya Federasiyasının Buryatiya Respublikası ərazisində yerləşən mədəndə uçqun baş verməsi nəticəsində 6 nəfər işçi həyatını itirmişdi. 

Fidan
Milli.Az