Aprelin 29-da ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Ukraynanın hərbi cəhətdən məğlub edildiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, məlumata görə, tərəflər arasında keçirilən müzakirələr zamanı bir sıra mühüm məsələlər gündəmə gətirilib.
Amerika prezidentinin sözlərinə görə, cəbhədəki real vəziyyətlə bağlı məlumatlar təhrif olunur.
"Düşünürəm ki, Ukrayna hərbi cəhətdən məğlub olub. Bu barədə saxta xəbərlərdə oxuya bilməzsiniz. Bəzi məlumatlar təhrif edilir, bu heç kimə sirr deyil", - Donald Tramp vurğulayıb.
Qeyd edək ki, gün ərzində baş tutan telefon danışığı 1,5 saatdan çox davam edib.
Mövzu ilə bağlı əlavə detallar açıqlanmayıb.
Fidan
Milli.Az