Portuqaliyanın "Benfika" futbol komandasının baş məşqçisi Joze Mourinyo gələcək karyerası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, o, "Real Madrid" və İtaliyanın "Yuventus" klublarına keçəcəyi ilə bağlı iddiaları təkzib edib.
Mütəxəssis hazırda bütün diqqətini lissabonluların uğurlarına yönəltdiyini deyib:
"Real Madrid"ə, yoxsa "Yuventus"a gedəcəyəm? Bir sonraki hədəfim "Benfika"nı Çempionlar Liqasına daşımaqdır. Avropada öz liqasında oyun uduzmayan yeganə komandayıq. Qarşıdakı üç matçı qazansaq, Çempionlar Liqasında olacağıq. Ağlımda yalnız "Benfika" var".
Qeyd edək ki, Joze Mourinyonun Portuqaliya təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədərdir. Lakin sözləşmədə mövsümün son oyunundan sonrakı on gün ərzində qüvvədə olan təxminən üç milyon avroluq (6 milyon AZN) qarşılıqlı xitam maddəsi mövcuddur.
Milli.Az