Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, saxlanılan 24 yaşlı Pirali Ağayevdən ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisinə gətirərək satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Milli.Az