Qazın qiyməti ARTDI

30 Aprel 2026 09:05

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Milli.Az xəbər verir ki, 2026-cı ilin iyun ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit - Britaniya istilik vahidi) 0,35% artaraq 2,56 ABŞ dolları təşkil edib.

Milli.Az