Yol kənarına əkən milyonçu olur

2 May 2026 08:08

Türkiyədə son illərin ən çox qazandıran məhsulu yol kənarlarında və kolluqlarda öz-özünə yetişən koca yemişdir (Yumberry). Yüksək antioksidant tərkibi ilə "super qida" siyahısında yer alır.

Milli.Az xəbər verir ki, məhsulun kilosu 250 TL ilə 800 TL (8-30 AZN) arasında dəyişir.

Avropa və Uzaq Şərqdən gələn yüksək tələb bu bitkini əkənləri qısa müddətdə milyonçu edə biləcək gücdədir.

Türkiyənin ən bahalı çərəzi adını qoruyan püstənin (şam fıstığı) yığımı dünyanın ən çətin və riskli işlərindən biri hesab olunur.

Kiloqramı 4.000 TL ilə 7.000 TL (150-260 AZN) arasındadır.

Bu məhsul az tapılması və yüksək qida dəyəri ilə dünyanın ən lüks qidalarından biri sayılır.

Türkiyə dünya fındıq istehsalının yarıdan çoxunu təkbaşına qarşılayır.

Fındıq: 2026-cı ildə keyfiyyətinə görə 500 TL-yə (19AZN) qədər alıcı tapır.

Antep fıstığı: Kilosu 1.200 TL (45AZN) olan bu məhsul quraqlığa davamlı olduğu üçün gələcəyin ən etibarlı investisiya vasitəsi hesab olunur.

Lalə Qüdrətova
Milli.Az