Yaddaş üç mərhələdən ibarətdir: Hissi yaddaş (saniyələr ərzində işləyir), İşçi yaddaş (qısamüddətli iş sahəsi) və Uzunmüddətli yaddaş (məlumatın qalıcı qovluğu). Bu sistemləri səmərəli istifadə etmək üçün aşağıdakı addımları atın.
Milli.Az xəbər verir ki, müasir dövrün ən böyük diqqət dağıdıcısı smartfonlardır. Araşdırmalar sübut edir ki, telefon səssizdə və ekranı qapalı olsa belə, beyninizin bir hissəsi bildiriş gözlədiyi üçün "tətikdə" qalır.
Bu, işçi yaddaşınızın tutumunu daraldır. Fokuslanmaq istədiyiniz zaman telefonu fiziki olaraq özünüzdən uzaqlaşdırmaq bilişsel yükü dərhal azaldır.
"Dövrü nəfəs alma" (Cyclic Sighing) texnikası
Stress və narahatlıq işçi yaddaşda lazımsız yer tutur. Zehniniz qarışıq olduqda yeni məlumat öyrənmək qeyri-mümkündür.
Burunla dərindən nəfəs alın, üzərinə qısa bir nəfəs də əlavə edin və ağızla yavaşca verin. Bu texnika 5 dəqiqə ərzində sinir sistemini sakitləşdirərək beyni öyrənməyə hazır hala gətirir.
"Qruplaşdırma" (Chunking) üsulu
İnsan beyni eyni anda orta hesabla 7 parça məlumatı işləyə bilər. Bu limiti aşmaq üçün məlumatları kateqoriyalara ayırın.
10 maddəlik siyahını tək-tək əzbərləmək əvəzinə, onları 3 və ya 4 ana başlıq altında qruplaşdırın. Bu, məlumatın uzunmüddətli yaddaşa keçidini asanlaşdırır.
Aktiv xatırlama (Retrieval Practice)
Məlumatı təkrar-təkrar oxumaq (passiv öyrənmə) effektiv deyil. Ebbinghausun "Unutma Əyrisi"nə görə, öyrəndiklərimizin yarısını ilk 30 dəqiqədə unuduruq.
Strategiya: Oxumağı dayandırın və özünüzə suallar verin, öyrəndiklərinizi qeydlərə baxmadan başqasına danışın. Hər xatırlama cəhdi beyindəki sinaptik əlaqələri möhkəmləndirir.
Aralıqlı təkrar və istirahət fasilələri
Məlumatı bir dəfəyə beyinə yükləməyə çalışmaq (cramming) uğursuzluqla nəticələnir.
İş seansları arasına 10-20% nisbətində fasilə qoyun. Məsələn, bir imtahana 5 gününüz varsa, hər gün intensiv oxumaq əvəzinə, aralara yarım günlük fasilələr səpmək beynin məlumatı emal edib "möhkəmləndirməsinə" (konsolidasiya) şərait yaradır.
Lalə Qüdrətova
Milli.Az