"Ev heyvanları bəzi insanlarda allergiya riskini artıra bilər".
Milli.Az xəbər verir ki, bnunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.
Onun sözlərinə görə, allergiyanı yaradan əsas faktor heyvan tükü deyil, onların ifraz etdiyi zülallardır:
"Bu səbəbdən ev heyvanlarının yataq otağına buraxılması məsləhət görülmür. Həmçinin filtrli tozsoranlardan istifadə tövsiyə olunur. Heyvanların gigiyenasına mütəmadi diqqət edilməlidir".
Vurğulayıb ki, düzgün yanaşma və profilaktik tədbirlərlə allergiyanın təsirini xeyli azaltmaq mümkündür.
Mina Mikayılova
Milli.Az