Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?

29 Aprel 2026 15:29

"Allergiyanı tam aradan qaldırmaq hər zaman mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq və xəstəliyin təsirini azaltmaq mümkündür".

Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.

Onun sözlərinə görə, bu məqsədlə allergen immunoterapiyadan istifadə oluna bilər:

"Müalicə nəticəsində orqanizm allergenə tədricən öyrəşdirilir və uzunmüddətli rahatlıq əldə edilə bilər".

Qeyd edib ki, allergiyadan qorunmaq üçün ev mühitində bir sıra tədbirlər görülməlidir:

"Evin mütəmadi havalandırılması və rütubətin normada saxlanılması, tozcuqların çox olduğu günlərdə pəncərələrin bağlı saxlanılması, çöldən gəldikdən sonra geyimin dəyişdirilməsi, burunun yuyulması və duş qəbul edilməsi, yataq dəstlərinin həftədə bir dəfə isti suda yuyulması, xalça və toz toplayan tekstil əşyalarının minimuma endirilməsi məsləhətdir".

Mina Mikayılova
Milli.Az