Bakının mərkəzində boru PARTLADI: Yol bağlandı

29 Aprel 2026 15:09

Bakı şəhərinin Nəsimi rayonunda su xəttində qəza baş verib.

Milli.Az xəbər verir ki, Cəlil Məmmədquluzadə və Salatın Əsgərova küçələrinin kəsişməsində boru partlaması nəticəsində ərazini su basıb və yol hərəkəti çətinləşib.

Hadisə ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, problem barədə məlumatlıdırlar və ərazidə təmir və qazıntı işlərinin aparılması üçün müvafiq addımlar atılır. Yaxın zamanda nasazlığın aradan qaldırılması planlaşdırılır. 

Asya
Milli.Az