Çempionlar Liqasına bu kanallarda baxa biləcəksiniz

29 Aprel 2026 15:06

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Atletiko" (Madrid, İspaniya) - "Arsenal" (İngiltərə) matçına Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq.

Milli.Az xəbər verir ki, görüş Azərbaycanda "İctimai TV", Türkiyədə isə TRT-1 telekanalında nümayiş olunacaq.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az