Tutuquşular insan adlarını necə yadda saxlayır?

29 Aprel 2026 15:56

Alimlər müəyyən ediblər ki, tutuquşular insan adlarını və ev heyvanlarının ləqəblərini yadda saxlaya və ünsiyyətdə istifadə edə bilirlər.

Milli.Az xəbər verir ki, Avstriya və ABŞ tədqiqatçılarının apardığı araşdırmaya görə, ünsiyyətcil tutuquşular konkret insanlara və heyvanlara adları ilə müraciət edə bilirlər.

Araşdırma çərçivəsində 89 növə aid 1200-dən çox tutuquşu barədə məlumat toplanıb. Sahiblər quşların istifadə etdiyi söz və ifadələri tədqiqatçılarla bölüşüblər.

Nəticələr göstərib ki, tutuquşular yalnız adları yadda saxlamır, həm də onları məqsədli şəkildə ünsiyyətdə istifadə edirlər.

Asya
Milli.Az