Avropa İttifaqı ilk dəfə olaraq Ukraynaya ayrılan maliyyə yardımının bir hissəsinin hərbi qulluqçuların maaşlarının ödənilməsinə yönəldilməsinə razılıq verib.
Milli.Az xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşrinə açıqlamasında "Xalqın xidmətçisi" partiyasından deputat Arseniy Puşkarenko məlumat verib.
Onun sözlərinə görə, artıq Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə ödənişlər son günlər təsdiqlənən 90 milyard avro həcmində kredit paketi hesabına da həyata keçirilə bilər.
Qeyd olunub ki, əvvəllər xarici maliyyə yardımı yalnız mülki xərclərə yönəldilirdi, hərbi maaşlar isə ölkənin dövlət büdcəsindən ödənilirdi.
Ayxan
Milli.Az