Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi - Ölən var - YENİLƏNİB

29 Aprel 2026 15:32

Qonaq getdiyi evdə dəm qazından zəhərlənən 14 yaşlı qız xəstəxanada müalicədən imtina edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dünən saat 21:50 radələrində 2012-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və ilkin tibbi xidmətlər göstərilib.

"İxtisaslı tibbi xidmətin göstərilməsindən imtina edilib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, hadisə dünən Xətai rayonu R.Bağırov küçəsindəki evlərin birində baş verib. Neftçala rayon sakini 2009-cu il təvəllüdlü H.Mustafayevin kirayə yaşadığı evə qonaq gələn Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Y.Atayev və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü T.Babayeva (soyadlar şərtidir) hamam otağında dəm qazından zəhərlənib,19 yaşlı oğlan hadisə yerində ölüb.

Milli.Az

____________

Bakıda iki nəfər dəm qazından zəhərlənib.

Milli.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu R.Bağırov küçəsi ev 30-da baş verib.

Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü T.B (ad şərtidir) həmin ünvanın hamam otağında dəm qazından zəhərləniblər.

Hadisə nəticəsində Y.Atalay ölüb, T.Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalar aparılır./Oxu.az

Milli.Az