Azərbaycanda maaşlarla bağlı DƏYİŞİKLİK - RƏSMİ

29 Aprel 2026 11:19

Azərbaycanda saatlıq əməkhaqqı modelinin tətbiqi istiqamətində işlər aparılır.

Milli.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib.

O həmçinin qeyd edib ki, bərabər əməkhaqqı və uşaq hüquqlarının qorunması istiqamətində yeni islahatlar üzərində işlər həyata keçirilir.

Nazir xatırladıb ki, müxtəlif illərdə əmək qanunvericiliyinə xeyli dəyişikliklər edilib.

Milli.Az