Yanvar-mart aylarında 11 345 şəxsə proaktiv qaydada pensiya təyin edilib.
Bu barədə Milli.Az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, təyinatlar yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə həyata keçirilib.
Pensiya təyin olunanların 60,17%-ni kişilər, 39,83%-ni isə qadınlar təşkil edib.
Milli.Az