ABŞ-da Trampın şəkli olan pasport buraxılacaq - FOTO

29 Aprel 2026 10:35

ABŞ Dövlət Departamenti ölkənin 250 illiyi münasibətilə prezident Donald Trampın təsviri olan xüsusi seriyalı pasportların hazırlanmasına başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Bildirilib ki, xatirə pasportunun içərisində Ağ Evin rəhbərinin şəkli qızılı imza fonunda yerləşdiriləcək. Üz qabığında isə iri qızılı hərflərlə ölkənin adı və "Pasport" sözü yazılacaq.

Sənədin arxa hissəsində qızılı laminat üzərində ABŞ bayrağı və 250 rəqəmi əks olunacaq.

Məlumata görə, xüsusi seriyadan 25 min ilə 30 min arasında nüsxə hazırlanacaq. Xatirə pasportları 4 iyul tarixindən etibarən Vaşinqtondakı pasport ofisinə şəxsən müraciət edən şəxslər üçün əlçatan olacaq.

Ayxan
Milli.Az