Azərbaycanda soyadlarla bağlı maraqlı göstərici ortaya ÇIXDI

29 Aprel 2026 10:24

2025-ci il ərzində valideynlərinin soyadları fərqli olduğu halda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ananın soyadı ilə qeydə alınan uşaqların sayı 185 nəfər təşkil edib.  

Milli.Az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, 2026-cı ilin ilk 3 ayı ərzində isə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 42 nəfər uşaq anasının soyadı ilə qeydə alınıb.

Milli.Az